Dollar 2 manata yaxınlaşır

Dollar 2 manata yaxınlaşır
Bakıda bəzi ərazilərdəki "qara bazar”da dollar bir qədər də bahalaşıb. "Marja”nın daimi oxucusunun verdiyi məlumata görə, "qara bazar”da dolların alış qiyməti 1.83 manata, satış qiyməti isə 1.8450 manata qalxıb.

Bundan əvvəl "qara bazar”da dolları 1.82 manata satmaq, 1.83 - 1.8350 manata almaq olurdu.

Dolların bahalaşması "qara bazara” qarşı aparılan mübarizə ilə bağlı ola bilər. Hökumət "qara bazara” dollar ötürən bankirləri aşkar etmək üçün hərəkətə keçib. Bu da bankların işləmədiyi gündə qanunsuz bazara verilən dolları azaldıb. Dolların az məbləğlərdə də olsa banklarda satılmasına nail olmağa çalışılır. //Modern.az
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az