Dünyada nefti bu şirkət ucuzlaşdırır

Dünyada nefti bu şirkət ucuzlaşdırır
ABŞ-ın Baker Hughes şirkətinin ABŞ-da neft buruqlarının sayının artmasını açıqlamasından sonra dünyada neftin qiyməti ucuzlaşır.

Miq.az APA-ya istinadən xəbər verir ki, "Brent" markalı neftin qiyməti 0,60%  azalıb və bir barel neftin qiyməti 51,45 dollara, WTI markalı neftin qiyməti isə 0,75%  azalaraq 48,94 dollara düşüb.
 
"Baker Hughes" şirkətinin məlumatına əsasən martın 17-nə ABŞ-da neft buruqlarının sayı 21 ədəd, yaxud 2,27% artaraq 631 ədədə çatıb. Qaz buruqları isə 6 ədəd, yaxud 3,97% artaraq 157 ədədə çatıb.
 
ABŞ-da "qaya nefti"nin istehsalının belə sürətli artması gözlənilməz sayılır. 
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az