Dünyanın ən yaşlı sakini ÖLDÜ-146 yaşında

Dünyanın ən yaşlı sakini ÖLDÜ-146 yaşında

İndoneziyada planetin ehtimallara görə ən yaşlı sakini vəfat edib

İndoneziyanın Yava adasında planetin ən yaşlı sakini olduğu ehtimal edilən Sodimejo adlı kişi 146 yaşında dünyasını dəyişib.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, keçən il İndoneziyanın Yava adasının Sargen rayonunun əhalinin siyahıya alınması və vətəndaş vəziyyəti aktlarının qeydiyyatı idarəsi (Disdukcapil) yerli sakin Sodimejoya verilən daxili şəxsiyyət vəsiqəsinin doğruluğunu təsdiqləyib. Sənəddə onun 1870-ci il dekabrın 31-də anadan olduğu göstərilir.

Lakin telekanal İndoneziyada doğum aktlarının 1900-cu ildən etibarən qeydiyyata alındığını və bu səbəbdən həmin ildən erkən doğulan insanların yaşını dəqiq müəyyən etməyin mümkün olmadığını qeyd edir. Əgər onun yaşı bitərəf ekspertlər tərəfindən təsdiqlənsəydi 3 əsrdə yaşamağa müvəffəq olan Sodimejo rəsmən dünyanın ən yaşlı sakini sayılacaqdı.

"Qoto baba” kimi tanınan Sodimejo 10 qardaşından, 4 arvadından və bütün övladlarından çox ömür sürüb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az