“Ekspressbank”-ın ödəmə terminalından pul oğurlayan şəxs 7 il cəza alıb- (FOTO)

“Ekspressbank”-ın ödəmə terminalından pul oğurlayan şəxs 7 il cəza alıb- (FOTO)

Bakı Ağır Cinayətlər Məhkəməsində Mobil Ağabalayevın (1991-ci il təv.) CM-nin 177.3.2-cü (oğurluq, külli miqdarda ziyan virmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Miq.az-ın məlumatına görə, bu il martın 3-də Sabunçu RPİ 13-cü polis bölməsi və  Kəpəz RPİ-i əməkdaşlarının keçirdikləri birgə əməliyyat nəticəsində "Ekspressbank” ASC-yə məxsus ödəmə terminalından oğurluq edən Mobil Ağabalayev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o Bakıxanov qəsəbəsinin Sülh küçəsində olan terminalın qapağını sındıraraq, oradan 12.801 manat məbləğində pulu oğurlayıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az