Ələkbərov 2,7 milyard qazandı, yerini itirdi - Siyahı

Ələkbərov 2,7 milyard qazandı, yerini itirdi - Siyahı
Rusiyalı milyarderlərin sərvəti cari ilin ilk dörd ayı ərzində 26,5 milyard dollar artıb.


Bu məlumatı "RİA Novosti” agentliyi "Blomberq Billionaires İndeks” reytinqinə əsasən yayıb.

Siyahıda ilk yerdə "Novateka” şirkətinin rəhbəri Leonid Mixelson yer alıb. 4 ay ərzində onun sərvəti 2,63 milyard dollar artaraq, 22,1 milyard dollara çatıb.

İlk üçlüyü Vladimir Potanin və Vladimir Lisin qapadıb. Belə ki, birinci sərvətini 2,09 milyard dollar artıraraq, 21,7 milyard dollara, ikinci isə 3,24 milyard dollar artıraraq, 21,1 milyard dollara çatdırıb.

Onların ən yaxın izləyicisi 1,58 milyard dollar gəlirlə Aleksey Mordaşov olub. Mordaşovun sərvəti 19 milyard dollara yüksəlib.

Əslən azərbaycanlı Vahid Ələkbərov isə ən zəngin üçüncü rusiyalı statusunu itirib. Belə ki, onun sərvəti dörd ay ərzində 2,74 milyard dollar artaraq, 18,8 milyard dollara çatıb.(axar.az)

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az