“Əliyev və Ərdoğana qarşı sanksiya...” - Baydendən ilk tələb

“Əliyev və Ərdoğana qarşı sanksiya...” - Baydendən ilk tələb

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı ən köklü erməni lobbisi olan Erməni Milli Komitəsindən istifadə etməklə onun Türkiyəyə qarşı addımlar atmasına çalışır.
 
Miq.Az xəbər verir ki, Baydenin inauqurasiya mərasimindən dərhal sonra Erməni Milli Komitəsi təbrik mesajı yayıb.

Çox sayda tələbin olduğu təbrik mesajında Erməni Milli Komitəsi ötən il baş verən qarşıdurmanın ardınca Ankara və Bakıya sanksiyalar tətbiq edilməsini istəyib.

Erməni Milli Komitəsinin Baydeni təbrik mesajında Türkiyə və Azərbaycanla bağlı bu fikirlər yer alıb:

"Qanunlar əsasında ABŞ ordusunun və təhlükəsizlik qüvvələrinin Azərbaycan və Türkiyəyə dəstəyi (silah ixracı da daxil olmaqla) dayandırılmalıdır.

Əliyev və Ərdoğan "rejimin”ə Dağlıq Qarabağda baş verən insan haqlarını "pozması” səbəbindən sanksiyalar tətbiq edilməlidir.

Dövlət Departamenti, Pentaqon və Ədliyyə nazirlikləri Azərbaycanın istifadə etdiyi Türkiyə istehsalı olan Pilotsuz Uçuş Aparalarının ABŞ-dan alınan hissələri ilə bağlı araşdırma aparılmalıdır".  /Teleqraf/

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az