Elza türk serialını məhkəməyə verdi - VİDEO
Türkiyənin "Star" telekanalında yayımlanan "Çilek kokusu" serialının musiqisinin oğurluq olduğu ortaya çıxıb.
Mahnı
ötən il təmsilçimiz Elvin Ordubadlının Tatarıstanda keçirilən
"Türkvision" müsabiqəsində səsləndirdiyi "Devlerin yalnızlığı"nın
eynisidir. Bəstənin müəllifi, əməkdar artist Elza Seyidcahan məsələ ilə
bağlı açıqlama verib. O, filmin yaradıcı heyətini məhkəməyə verəcəyini
bildirib:
"Mahnımı oğurlayıblar. Bununla bağlı məhkəməyə
müraciət etməyə hazırlaşıram. Mahnıdan istifadə etsinlər, amma niyə
müəllifin adı qeyd olunmur? Ya mənə təzminat ödəyəcəklər, ya da müəllif
hüquqlarımı qoruyacaqlar. Türkiyəli yazar Ayşe Birgül Yılmazla əlaqə
saxlayıb mahnını ona göndərdim. O da təsdiqlədi ki, mənim bəstəmin
eynisidir. Bu işlərdə mənə kömək edəcək".
E.Seyidcahan "Devlerin yalnızlığı" mahnısının bir çoxlarının diqqətini çəkdiyini deyib:
"Biz
Tatarıstanda olanda müsabiqəyə qatılan bütün münsiflər mahnıya heyran
qalmışdılar. Müxtəlif ölkələrdən gələn qonaqlar hamısı bəstənin kimə aid
olduğunu soruşurdu. Çox maraqlı musiqisi var. Elvini yarışda səkkizinci
edən də mənim bəstəm oldu. 24 ölkənin TMB telekanalının rəhbərləri
bilirlər ki, bu, Elza Seyidcahanın mahnısıdır"/axsam.az/.
<iframe width="560" height="315" src="https://www.youtube-nocookie.com/embed/85ntKK6pMIQ" frameborder="0" allowfullscreen></iframe>