Əməkdar artistin oğlu türmədə öldü

Əməkdar artistin oğlu türmədə öldü

Əməkdar artist Kübra Əliyevanın böyük oğlu Rauf Məmmədov vəfat edib. Bu barədə aktrisanın özü məlumat verib.

"Rauf cəzaçəkmə məntəqəsinin xəstəxanasında yatırdı. Ciyərində xəstəliyi var idi. Həkimlər çox səy göstərdi, amma ağır vəziyyətdən xilas edə bilmədilər. Böyük oğlum idi, dayağım idi, getdi… Övlad dərdi mənə dağ çəkdi” - deyə əməkdar artist bildirib.

5 il öncə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda aptekə basqın etməkdə təqsirləndirilən Rauf Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.

R.Məmmədov Cinayət Məcəlləsinin 181 (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunmuşdu.

Onu da qeyd edək ki, Kübra Əliyeva 5 il öncə daha bir övladını itirib. Onun kiçik oğlu da dünyasını dəyişib.

Virtualaz.org



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az