Ərdoğan Putindən viza rejminin ləğvini istəyəcək
Səfir Hüseyn Diriöz səfərin vaxtını da açıqlayıb
Rəsmi Ankara Türkiyənin bir qrup vətəndaşlarına viza rejminin ləğv edilməsi üçün Rusiyaya müraciət edəcək. İstiPress " interfax.ru"ya istinadən xəbər verir ki, bunu müsahibəsində Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz deyib.
"İlk növbədə biz iş adamları, həmçinin siyasətçilər üçün vizanın ləğvi məsələsini qoyacağıq, çünki bu əlaqələrin inkişafı üçün mühüm addımdır".
Hüseyn Diriöz eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Moskvaya rəsmi səfərinin mart ayının birinci yarısında baş tutacağını deyib.
"Prezident Rəcəb Tayib Ərdoğanın gəlişi mart ayının ilk yarısına gözlənilir. Bu son yarım il ərzində onun Rusiya prezidenti Vladimir Putinlə 4-cü görüşü olacaq”.
Miq.az