Ərəb turist “Tarqovı”da öldü

Ərəb turist “Tarqovı”da öldü

Bakıda qonaq olan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı qəfil ölüb.

Hadisə Nəsimi rayonu, Nizami küçəsi 61 ünvanının qarşısında – "Tarqovı” məhəlləsi adlanan yerdə baş verib.
BƏƏ vətəndaşı, 1963-cü il təvəllüdlü Abdulla Xatın İbrahim yeriyərkən qəfil halı pisləşib və yıxılıb.
Təcili tibbi yardım briqadası gəlincə, o keçinib.
Ölüm faktı ilə bağlı araşdırma aparılır. A.İbrahimin Bakıya turist kimi gəldiyi bildirilir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az