Erməni deputatdan etiraf: "Müharibə Ermənistana..."

Erməni deputatdan etiraf:
Ermənistan parlamentində 2016-cı ildə dövlət büdcəsinin hara xərclənməsi haqda müzakirələr zamanı deputat Nikol Paşinyan etirazla çıxış edib.

Publika.az xəbər verir ki, N.Paşinyan büdcədən "aprel müharibəsi”nə xərclənən vəsaitin gizlədildiyini bildirib: "Büdcənin xərcləri qeyd olunur, lakin "aprel müharibəsi” haqda heç bir məlumat yoxdur. Bu müharibə Ermənistanın iqtisadi mühitinə hansı təsirləri göstərdi? Bizim hazırkı iqtisadi potensialımız qaçılmaz müharibəyə hansı dərəcədə hazırdır? Yeni müharibənin iqtisadiyyatımıza hansı təsirləri olacaq? Deyilirdi ki, "aprel müharibəsi”ndən sonra böyük pullar xərclənib, lakin büdcə hesabatında bunlar öz əksini tapmır”.

Paşinyan qeyd edib ki, "aprel müharibəsi” zamanı ölkəyə ən aşağı səviyyəli pul daxil olmaları qeydə alınıb.

"Bu onu təsdiq edir ki, müharibə olanda biz dövlət kimi ciddi etibar böhranını yaşayırıq. Bu, gələcəkdə də belə ola bilər”, - deyə o bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az