Erməni general işdən çıxarıldı

Erməni general işdən çıxarıldı
Enriko Apriamovun 63 yaşı olub

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini, general-leytenant Enriko Apriamov tutduğu işdən çıxıb. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, onun işdən çıxmasına səbəb sağlamlığı ilə bağlı yaranmış vəziyyət olub. 

O, hərbi xidmətdən də tərxis edilib.

Məlumata görə, 63 yaşlı hərbçi Yeni il ərəfəsində qəzaya uğrayıb. Qəzadan sonra o, sağlamlığını tam bərpa edə bilməyib. Dekabrın 29-da onun içərisində olduğu "Lexus" beton dirəyə çırpılıb. 

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Enriko Apriamovla bağlı sərəncamlar imzalayıb. O, silahlı qüvvələr yaranan gündən xidmət edib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az