Erməni hərbçilər bir-birini qırmağa başladı

Erməni hərbçilər bir-birini qırmağa başladı
Dava İrəvandan və Qarabağdan olan hərbçilər arasında düşüb

Azərbaycanın işğal altında olan hərbi hissələrdən birində dava düşüb. İstiPress-in məlumatına görə, Ermənistandan və separatçı Dağlıq Qarabğdan olan əsgərlər arasında qarşıdurma olub.

Hadisə Maqadizdə qeydə alınıb. Bu barədə sosial şəbəkə istifadəçiləri, hərbçilərdən birinin anası "Facebook"da məlumat yayıb. 

İrəvandan hərbi xidmətə çağırılan 1994-cü il təvəllüdlü Vanand Xaçaturyan və ondan iki yaş kiçik olan Erik Arutyunyan ağır vəziyyətdə hospitala çatdırıblar. Onları Qarabağdan olan hərbçilər döyüblər. 

Qeyd edək ki, bu Ermənistandan olan ermənilərlə Qarabağ erməniləri arasında başlayan parçalanmanın ilk nümunəsi deyil. Bənzər hadisə bir neçə gün öncə də baş verib. Hərbi hissədə əsgər ona məzar qazdıran zabiti, sonra isə özünü güllələmişdi.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az