Erməni nazirdən şok addım: “Lavrovun iştirak etdiyi görüşdə…”

Erməni nazirdən şok addım: “Lavrovun iştirak etdiyi görüşdə…”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən KTMT Təhlükəsizlik Şurasının xarici işlər nazirləri, müdafiə nazirləri və təhlükəsizlik qurumlarının rəhbərlərinin iclasında iştirak edib.

Miq.Az xəbər verir ki, bu barədə erməni nəşri "Hraparak” yazıb.

Qəzet Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın iclasda iştirak etməməsinin diqqət çəkdiyini yazıb:

"Müdafiə naziri Arşak Karapetyan anasının ölümünə baxmayaraq, iclasda iştirak etdi. Ararat Mirzoyanın bu görüşdə iştirak etməməsi isə məlum deyil”.

Dünən Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü jurnalistlərə deyib ki, Mirzoyan təyyarədəki nasazlıq səbəbindən Düşənbəyə uçmayıb.

Nəşr Ermənistan XİN-in bu açıqlamasını "bəhanə” və "gülünc” adlandırıb:

"Bəs Armen Qriqoryan necə uçdu? Təyyarədə nasazlıq olsa belə, digər xətlərlə getmək mümkün idi. Yəqin ki, Avropadan gəlmiş qonaqlarla görüşlərinə görə bundan imtina edib”.

Məlum iclasda Rusiya Xarici İşlər naziri Sergey Lavrov və digər üzv dövlətlərin baş diplomatları iştirak edib.

Qeyd edək ki, Ararat Mirzoyan Ermənistan hökumətində Rusiya əleyhdarı siyasətçilərdən biri kimi tanınır.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az