Erməni polkovnikinə qarşı ittihamlar irəli sürüldü

Erməni polkovnikinə qarşı ittihamlar irəli sürüldü

Ermənistan silahlı qüvvələrinin silahlanma üzrə avtomobil xidməti idarəsinin rəisi, polkovnik David Abramyana qarşı ittiham irəli sürülüb. 

Erməni KİV-lərinin yazdığına görə, o, günahını etiraf edib.

İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, David Abramyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 375-ci maddəsinin 3-cü bəndinə (hakimiyyətdən sui-istifadə və ya böyük maddi zərərə səbəb olan fəaliyyətsizlik) əsasən ittiham irəli sürülüb.

İstintaqın gedişatında David Abramyan ifadə verərək günahını etiraf edib, vurulan zərəri bərpa edib. Müstəntiq onun müvəqqəti olaraq səlahiyyətlərinin dayandırılması barədə qərar qəbul edib./Oxu.az/

David Abramyan mayın 11-də saxlanılıb.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az