Aram Manukyan: "Ermənistan avtoritar ölkəyə çevrilib"
Ermənistanın paytaxtı İrəvanda mitinq mitinq keçirilib.
ANS PRESS-in məlumatına görə, Erməni Milli Konqresinin tərəfdarlarının qatıldığı aksiya bu gün saat 15:10-da paytaxtın mərkəzi Azadlıq meydanında başlayıb.

Mitinq Ermənistan iqtidarı ilə müxalifətinin qarşı-qarşıya gəlməsinin 7-ci ildönümü səbəbilə keçirilir. Həmin qarşıdurma nəticəsində rəsmi məlumatlara görə, 8 etirazçı və daxili qoşunların 2 əməkdaşı ölmüşdü.

Tribunada Erməni milli konqresinin rəhbərləri, həmçinin ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyan dayanıb. Ermənistan Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan isə mitinqdə insanlar qarşısında çıxış edərək bildirib ki, "7 il əvvəl bugünkü gündə Ermənistan hakimiyyəti səhər silahsız insanlara hücum edib və 2 gün ərzində ölkədə talanlar törədib. Nəticədə 10 adam ölüb, 150-dən çox insan yaralanıb. Bundan sonra ölkə avtoritar ölkəyə çevrilib. Faciəvi hadisələrin təşkilatçıları və icraçıları hələ də cəzalandırılmayıblar". Mitinq iştirakçıları öldürülənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Xatırladaq ki, 2008-ci ilin 19 fevral prezident seçkisindən sonra İrəvanda kütləvi aksiyalar keçirilmişdi. Martın 1-də polisin kütləni silah gücü ilə dağıtması zamanı 10 nəfər öldürülmüş, daha 200 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdı.

Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR