Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, İrəvanda keçirilən 1 may mitinqi əslində Rusiyaya birləşmək mitinqi olub. Məlumata görə, yüzlərlə insan küçəyə çıxaraq “Biz Putinin tərəfdarıyıq” plakatları qaldırıblar. Onların səsləndirdiyi şüarlarda vurğulanıb ki, Ermənistanın müstəqilliyi heç kimə lazım deyil və Ermənistan Rusiyanın bir hissəsi olmalıdır.
Mitinqdə jurnalistlər də olub, lakin onlar utandıqlarından öz işlədikləri media qurumlarında bu barədə məlumat yerləşdirməyiblər. “Özləri, öz ölkələri, tamaşaçıları və oxucuları qarşısında utanıblar… İndi Rusiya ilə Ermənistanın münasibətlərində maraqlı vəziyyət formalaşıb. Hakimiyyətin oyuncaq olmasına baxmayaraq, müxalifətdə də, əsas KİV-lərdə də Rusiyanın ünvanına tənqid yoxdur. Amma hər bir adamın - siyasətçinin, jurnalistin qəlbində adi insani utanc, sırtıqlığa və satqınlığa küt bir etiraz böyüyür. Ermənistanda rəsmi opponentləri olmayan Rusiya bütöv bir xalqı ələ keçirib ki, bu, bəzən nifrətə çevrilən küt narazılığa səbəb olub”, - deyə erməni şərhçi Naira Ayrumyan bu gün yazdığı məqaləsində vurğulayıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR