Ermənilər Kəlbəcərdəki qızıl mədəninə gələn yolu bağladı...-VİDEO

Ermənilər Kəlbəcərdəki qızıl mədəninə gələn yolu bağladı...-VİDEO

Kəlbəcərdəki Söyüdlü(Zod) qızıl mədəninin Ermənistan tərəfdə qalan hissəsində işləyən erməni fəhlələr  mədənə aparan yolu bağlayıblar. 
 
Moderator.az xəbər verir ki, bu haqda qəsbkar ölkə mediası məlumat yayıb.
 
Xəbərdə deyilir ki, 10 Noyabr razılaşması imzalandıqdan sonra mədənin böyük hissəsi Azərbaycana verilib. Bundan sonra işçilər 4 ay maaş almayıblar. Fəhlələrin xeylisi də ixtisar edilib. 
 
"Geqarkunik mərzindəki onlarla yaşayış məntəqəsinin mədəndə işləyən sakinləri gündəlik çörəkpulu problemini həll edə bilmədikləri üçün Ermənistanı tərk etməyə hazırlaşırlar. Piketçilər rəhbərliklə görüş tələb edirlər”- xəbərdə belə deyilir.
 


Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az