Ermənilər Qarabağa yolu bağladılar

Ermənilər Qarabağa yolu bağladılar
Susuzluq erməniləri ayağa qaldırdı

Ermənilər Dağlıq Qarabağa gedən yolu bağladılar. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Qeqarkuniksk vilayətinin Astrxadzor kəndinin sakinləri bu addımı atıblar. 

Kənd rəhbərinin sözlərinə görə, kənd uzun müddətdir ki, susuzluqdan əziyyət çəkir. Yaşayış məntəqəsində nəinki texniki, hətta içməli su ilə bağlı problem var. "Biz dəfələrlə bu problemi qaldırmışıq. Amma heç bir addım atmırlar. Kəndlilər isə mənə belə xəbər vermədən yolu bağlayıblar. Ancaq mən onların yanına getməyəcəm və heç nə deməyəcəyəm. Çünki hər dəfə söz veririk, amma ortada heç nə yoxdur. İnsanları aldatmağı sevmirəm". 

Onun sözlərinə görə, kəndə gündə cəmi bir saat su verilir. Beş min nəfərlik əhali üçün isə bu azdır. Məhz bu səbəbdən də kəndlilərin kartof sahələri demək olar ki, tamamilə məhv olub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az