Qarabağ Azadlıq Təşkilatı (QAT) Ermənistan Dövlət Gənclər Orkestrinin Bakıda konsert verməsi ilə bağlı bəyanatla çıxış edib.
QAT mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda bildirilib ki, QAT-ın mövqeyi birmənalıdır və istənilən səviyyədə, formatda Ermənistan və Azərbaycan cəmiyyətləri arasında təmasın əleyhinədir: “Bu, yalnız ermənilərin maraqlarına xidmət edir. Çünki, belə layihələr işğal faktının unutdurulmasına və Ermənistanın işğal olunmuş ərazilərdə möhkəmlənməsinə yönəlib. Beynəlxalq mərkəzlər də ermənipərəst mövqedən çıxış edərək, bu məqsədə xidmət edirlər. Ona görə də belə layihələr təşkil olunur”.
QAT bu layihənin Bakıda reallaşdırılmasına imkan verməyəcəyini də qeyd edib: “Konsertin baş tutmaması üçün bütün vasitələrdən istifadə edəcəyik. Bu konsertə gələnlər də, işi təşkil edənlər də, peşman olacaqlar”.
Qeyd edək ki, Ermənistan Dövlət Gənclər Orkestrinin 10 musiqiçisi “I, Culture Оrchestra” layihəsi çərçivəsində Bakıda konsert proqramı ilə çıxış edəcəklər.
APA
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR