Azərbaycanişğal altındakı torpaqlarında yaradılmış separatçı “Dağlıq Qarabağ Respublikası”nın “mülki aviasiya idarəsi”nin qondarma rəisi Dmitri Adabaşyan xeyli müddətdir ki, gündəmdən uzaq düşən Xocalı aeroportu ilə bağlı yeni açıqlama verib.
Vətəninfo.az-ın məlumatına görə, Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, Adabaşyan aeroportun uçuş üçün icazə aldığını və yüngül aviasiyanın xeyli müddətir ki, uçuşlar həyata keçirdiyini bildirib. Bununla belə, qondarma qurumun nümayəndəsi “bəzi xarici faktorlar səbəbi ilə” Qarabağdan kənara - Ermənistana və xarici ölkələrə səfər edə bilmədiklərini deyib.
“Mən prinsipial olaraq siyasətlə məşğul olmuram. Bu məni maraqlandırmır. Amma məni çağırıb desələr, onda biz başlayacağıq, hazırıq”.
Dmitri Adabaşyan onu da qeyd edib ki, Xocalı aeroportundan havaya qalxan 1 motorlu təyyarələr yalnız turizm və kənd təsərrüfatı məqsədləri üçün qısa məsafələrdə istifadə olunur.
Ermənistan rəhbərliyi 2011-ci ilin yayından Xocalı aeroportundan uçuşların həyata keçirəcəyini bildirsə də, rəsmi Bakının kəskin etirazlarından sonra bu planlarını təxirə salmışdılar.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL