Ermənistan Baş Prokurorluğu ölkənin müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzanna Xaçatryanla bağlı bəyanat yayıb.
Vətəninfo.az-ın məlumatına görə, "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, S.Ohanyan həyat yoldaşı Ruzanna Xaçatryanın adının yol-nəqliyyat qəzasında hallanması ilə bağlı KİV-də yayılanlara aydınlıq gətirilməsi haqda prokurorluğa müraciət edib.
Prokurorluq bildirib ki, 2002-ci il iyunun 12-də Yerevan-Aştarak yolunda baş vermiş yol-nəqliyyat qəzasında Ovannes Ayrapetyan ölüb: "Bu cinayətdə ittiham olunan Anna Xaçatryan 3 il azadlıqdan məhrum edilib. Ruzanna Xaçatryanın bu yol-nəqliyyat qəzasında iştirakı haqda məlumatlar həqiqəti əks etdirmir".
Qeyd edək ki, Ermənistan KİV-i müdafiə nazirinin həyat yoldaşının həmin qəzanı törətdiyi və hüquq-mühafizə orqanlarının hadisəni ört-basdır edildiyini yazıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL