Ermənistan İTKİLƏRİNİ ETİRAF ETDİ: “Hərbi elitamızı itirdik”

Ermənistan İTKİLƏRİNİ ETİRAF ETDİ: “Hərbi elitamızı itirdik”
"Müharibə zamanı biz elit hərbi potensialımızı itirdik”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanda informasiya texnologiyaları müəssisələri ittifaqının direktoru Karen Vardanyan deyib.

Onun sözlərinə görə, bu gün erməni ordusunda hərbi sənayedən anlayışı olan yoxdur: "Biz müharibədə Ermənistanın gələcəyini görən alimlərimizi, Leonid Azqaldyanı, Movses Qorqisyanı və digərlərini itirdik. Onlar hərbi elitamız idi. Bu gün orduda texnologiyanı tətbiq etmək imkanı olan heç kim yoxdur”.

Lakin K.Vardanyan bu itkiləri nə vaxt verdiklərini açıqlamayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az