Ermənistan Makrona böyük ümidlər bəsləyir

Ermənistan Makrona böyük ümidlər bəsləyir
"Ermənistan Fransa ilə əlaqələrin dərinləşməsi məsələsində gənc və dinamik prezident Emmanuel Makrona böyük ümidlər bəsləyir"

AzVision.az xəbər verir ki, Fransada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan bu barədə "L'Express” nəşrinə müsahibəsində bildirib.

Sarkisyan hesab edir ki, Fransa Ermənistanın önəmli tərəfdaşıdır: "Artıq 25 ildir ki, Ermənistan və Fransa diplomatik əlaqələr qurub. Bizim xalqlarımız bir-biri ilə bağlıdır və bu əlaqələr son illər xüsusilə iqtisadi, mədəni və elm-təhsil sahələrində daha da möhkəmlənir”. 

Ermənistan prezidenti, həmçinin xatırladıb ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir: "Ötən ilin noyabr ayının 24-də Ermənistan Avropa İttifaqı (Aİ) ilə genişləndirilmiş əməkdaşlıq haqqında saziş imzalayıb ki, bu da bizim üçün yeni perspektivlər və sonrakı inkişaf üçün imkanlar açıb”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az