Ermənistan ordusu rus generalın komandanlığı ilə təlimlərə başladı
Sınaqlara aviasiya bölmələri də cəlb edilib
Rusiya Federasiyasının Cənub Hərbi Dairəsi qoşunlarının komandanı, general-polkovnik Aleksandr Dvornikov Rusiya aviasiya bölmələrinin "Erebuni” hərbi bazasında döyüş hazırlığını yoxlayıb. İstiPress xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Təlimlər zamanı "Alagöz” təlim sahəsində MİQ-29 qırıcıları, Mİ-8 və Mİ-24 helikopterləri şərti düşmənin zirehli texnikalarına atəş açıb, həmçinin 200 metrdən 3000 metrədək məsafədə hava döyüşünü yerinə yetiriblər.
Miq.az