Ermənistan ordusunda ÇAXNAŞMA: Sarkisyan generalları istefaya göndərdi

Ermənistan ordusunda ÇAXNAŞMA: Sarkisyan generalları istefaya göndərdi
Ermənistanda ordusunun çoxsaylı itkilər verməsi nəticəsində bir sıra generallar və yüksəkrütbəli zabitlər tutduqları vəzifədən azad edilib.

Publika.az "news.am”-a istinadən xəbər verir ki, mayın 7-də Ermənistan ordusunun üç əsgəri – Ruben Barqseqyan, Rafael Bişaryan və Ruben Mnasakyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində yerləşən su anbarında boğulublar. Bununla yanaşı, son dövrlər qeyri-döyüş şəraitində baş verən ölüm halları artıb. Həmçinin, qeyri-peşəkar döyüş şəraitində də itkilər verilib.

Ermənistan ordusunun baş qərargah rəisi Movses Akopyan bildirib ki, Qarabağda yerləşdirilən bir sıra hərbi hissə komandiri və onların müavinləri vəzifələrindən azad edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az