Ermənistan ordusunda insident - Əsgər yoldaşını güllələdi

Ermənistan ordusunda insident - Əsgər yoldaşını güllələdi
Ermənistan ordusunda ölümlə nəticələnən insident baş verib.

Oxu.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə,  Azərbaycanın işğal altında olan Xocavənd rayonu ərazisində yerləşən işğalçı ordunun postlarından birində şəxsi heyət arasında dava düşüb.
Hadisə zamanı post başçısı, əslən Ermənistanın Dilican rayonundan olan, 1998-ci il təvəllüdlü Seyran Sarkisyan əslən Qarabağ ermənisi olan xidmət yoldaşı tərəfindən açılan atəşlə başından yaralanıb.
S.Sarkisyan hospitala aparılarkən, yolda keçinib.
Ermənistan Müdafiə Nazirliyi tərəfindən insidentin əsl səbəbi gizlədilərək, hadisənin guya qarşı tərəfin atəşi nəticəsində baş verdiyi bildirilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az