Ermənistan QARIŞDI - Sarkisyan generalları qovur

Ermənistan QARIŞDI - Sarkisyan generalları qovur
Ermənistanın Müdafiə Nazirliyində kütləvi istefalar gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə "Joxovurd” qəzeti hərbi mənbələrə istinadən yazıb.
Qəzet qeyd edir ki, yaxın vaxtlarda Müdafiə Nazirliyinin bir sıra idarə müdirləri, həmçinin, Baş qərargahdakı məmurlar və hərbi hissə komandirləri vəzifələrindən çıxarılacaq.
Bu prosesin əsas səbəbinin son dövrlər Ermənistan ordusunun verdiyi itkilər və Azərbaycan Ordusunun endirdiyi zərbələrin qarşısını ala bilməmək olduğu deyilir.
Qəzet yazır ki, Müdafiə Nazirliyində "təmizləmələr” haqda qərar mayın 25-də Serj Sarkisyanın Müdafiə Nazirliyində qapalı toplantıda verilib.
"İstefalar haqda iddialar də məhz həmin toplantıdan bir gün sonra yayılmağa başlayıb”, - qəzet vurğulayır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az