Ermənistanda cəzaçəkmə müəssisəsinin rəisi həbs olunub - Rüşvətə görə

Ermənistanda cəzaçəkmə müəssisəsinin rəisi həbs olunub - Rüşvətə görə
Ermənistanın "Vanadzor” cəzaçəkmə müəssisəsinin rəisi Gevorq Mkrtçyan həbs olunub.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
G.Mkrtçyan məhbuslardan rüşvət almaqda ittiham olunur. Məlumata görə, o, xidməti vəzifəsindən sui-istifadə edərək, məhbuslardan davamlı olaraq rüşvət alırmış.
G.Mkrtçyanla yanaşı, müəssisənin əməliyyat üzrə rəisi, habelə əməliyyat zamanı rüşvət verən şəxs də saxlanılıb.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az