Ermənistanda hərbçilərin yük maşını aşdı FOTO
Qəzada yaralanan olub
Ermənistanda hərbçilərin maşını qəzaya uğrayıb. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, hərbçiləri daşımaq üçün istifadə edilən yük maşını aşıb.
Hadisə Vanadzor - Dilican yolunda olub. İlkin məlumata görə, qəza nəticəsində sürücü olan hərbçi yaralanıb və hospitala aparılıb.
Qeyd edək ki, bənzər hadisə bir neçə gün öncə də baş verib. Ermənistanda Müdafiə Nazirliyinə məxsus yük maşını Qeqarkuniks vilayətində aşmışdı.
Aşan maşının içərisində hərbçilər olub. Hadisə nəticəsində səkkiz həbçi yaralanıb. Onlardan çoxunun vəziyyəti ağır idi.