Laboratoriya analizləri Ermənistanın Armavir vilayətində iki sakində Sibir xorası xəstəliyinin olduğunu təsdiqləyib.
Oxu.az xəbər verir ki, bu barədə TASS-a Ermənistan Səhiyyə Nazirliyinin rəsmisi Anait Aytayan bildirib.
"Laboratoriya araşdırmaları nəticəsində "Sibir xorası” diaqnozu təsdiqləndi”, - deyə Aytayan bildirib.
Onun sözlərinə görə, "hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir, sağalma tendensiyası nəzərə çarpır”.
"Profilaktik və epidemiya əleyhinə tədbirlər davam etdirilir”, - deyə, nazirlik rəsmisi vurğulayıb.
Çərşənbə günü axşam Ermənistanın Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi Dövlət Qida Məhsulları Təhlükəsizliyi Xidməti xəbər yayıblar ki, respublikanın Armavir vilayətinin Artamet kəndinin iki sakinində Sibir xorası tapılıb.
İdarələrin məlumatına görə, xəstələnənlərdən biri iyulun 27-də Gürcüstanın Ninotsmindsk rayonundan ət alıb.
Vətəninfo.az
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri