Ermənistanda silah anbarı partladı

Ermənistanda silah anbarı partladı
Bir neçə gün əvvəl Ermənistanın Nubaraşen ərazisində yerləşən hərbi hissənin silah anbarında partlayış baş verib.

Oxu.az-ın məlumatına görə, bu barədə "Jogovurd” qəzeti xəbər verir.
Nəşr xəbər yayır ki, ölən  və zərər çəkənlər yoxdur.
Hadisənin başvermə səbəbləri barədə məlumat almaq üçün Ermənistan Müdafiə Nazirliyinə müraciət edilib. Lakin sorğuya cavab olaraq, ER MN mətbuat katibi Arçrun Ovannisyan bildirib ki, hərbi hissədə partlayış baş verməyib.
"Hərbi hissədə hər hansı silah anbarı partlamayıb. Qeyd olunan vaxtda əşya anbarında yanğın olub. Nəticədə heç kəs xəsarət almayıb. Hazırda  xidməti araşdırma aparılır”, - deyə Ovanisyan bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az