"Ermənistanın Baş Qərargah rəisi istefaya göndərilir" - KİV

Ermənistan Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahında yeni kadr dəyişiklikləri olacaq.

Miq.az  azvision.az-a istinadən xəbər verir ki, bu barədə "Jovohurd" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

"Böyük ehtimalla, Baş Qərargah rəisi Movses Akopyan vəzifədən kənarlaşdırılacaq, onu general-mayor Onik Qasparyan əvəzləyəcək. Serj Sarkisyan məhz buna görə iyunun 15-də Qasparyanı Baş Qərargah rəsinin müavini təyin edib. Bununla da Ermənistan prezidenti Qasparyan üçün zəmin yaradıb". 

Akopyanın sonrakı taleyi barədə isə məlumat verilmir. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az