Ermənistanın ən son Qarabağ qorxusu
"İrəvan üzərində qara buludlar oynayır”
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsi xəbəri bütün respublikanı titrətdi. Amma bununla belə, Ermənistan Xarici İşlər Nazirliyi təxribatçı bəyanatlar verməkdə davam edir.
"Ermənistanın xarici siyasət qurumları üzərində qara buludlar oynayır”. Bu barədə İrəvanda dərc olunan "Qraparak” qəzeti yazır. Məqalədə deyilir ki, ən yaxın tarixdə Ermənistanın bir sıra səfirlərinin rotasiyası yox, əvəz edilməsi gözlənir. Qəzetin yazdığına görə, XİN-in qeyri-peşəkar işindən yalnız ictimaiyyət deyil, həm də Ermənistanın siyasi rəhbərliyi narazıdır.
Nazir Nalbandyanın özünün və çevrəsinin də taleyi sual altındadır. Ermənistan XİN-in nəyə qadir olmasına Azərbaycan tərəfindən qurbanların şəklinin yayılmasının bu qurum tərəfindən necə şərh edilməsi buna bariz misaldır. Söhbət Azərbaycanın Alxanlı kəndində həlak olmuş qadın və uşağın şəklinin mətbuatda dərc edilməsindən gedir.
"Bu, Azərbaycanın vəhşiliyinin və laqeydliyinin bəhrəsidir”, - deyə Ermənistan XİN-in mətbuat xidmətinin başçısı Tiqran Balayan bildirib. Ermənilər bizim uşaqlaarı öldürür, amma bu kütbeyin yenə də Azərbaycana qarşı təbliğat maşınını işlətməkdə davam etdirir. Hətta onun həmkarı, Dağlıq Qarabağdakı işğalçı Ermənistan ordusunun mətbuat katibi Senor Asatryan baş verənlərlə bağlı üzrxahlıq edib. "Uşaq düşmən ola bilməz, özü də iki yaşlı uşaq”,- deyə o, öz "Facebook” səhifəsində yazmışdı.
Əlbəttə, biz qətlə yetirilmiş həmvətənlərimizə görə qisas alacağıq. Uşaqlara, təbii ki, toxunmaycağıq. Çünki biz azərbaycanlıyıq və bizdən ötrü uşaqlar müqəddəsdir. Əsas məsələ, Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi, dünya bizim vətəndaşlarımızın öldrülməsinə göz yummasın. //İStipress.com
Miq.az