Əzəli-Əzəliyan etməsələr yaxşıdı
Ermənistanın ən böyük kanallarından olan Shanti TV, “Ay Yapım” dan " Ezel " serialının ssenarisini satın aldı. “Vətəninfo.az”ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistanda yayımlanan ilk türk serialı olan “Ezel” böyük maraqla qarşılanıb.
Ölkənin ən çox izlənilən televiziya kanallarından olan Shanti TV baş rollarını Cansu Dərə və Kənan İmirzalıoğlunun oynadığı, yayımlandığı dövr izlənilmə rekordları qıran "Ezel" serialının ssenari haqqını “Ay Yapım”dan satın alıb. Baş rol üçün Cansu Dərə və Kənan İmirzalıoğluna bənzəyən oyunçular seçən kanal, qısa müddət ərzində çəkilişlərə başlayıb. Serial tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Ermənistanda reytinq rekordları qırdı
İlk bölümdən reytinqlərdə 70 faiz öndə olan serial Ermənistanda yayımlanan ilk türk serialıdır. Ermənilər böyük maraqla izlədikləri serialın ssenarisinin türklərə məxsus olduğundan bixəbərdilər. Çünki deyilənlərə görə kanal, bu məlumatı tamaşaçılardan gizlədir.
Qeyd edək ki, “Ay Yapım” baxımlı seriallardan olan "Aşk-ı Memnu" nun ssenarisini də ötən il Amerikanın məşhur televiziya kanallarından birinə satmış, serial bir müddət əvvəl ekrana gəlməyə başlamışdı.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR