"Ermənistanın təhlükəsizliyini biz qoruyuruq" - Rusiyalı səfir

Rusiya hərbi bazası Ermənistanın təhlükəsizliyini təmin etmək burdadır.

Miq.az azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin xarici işlər naziri Sergey Lavrovun Rusiyanın 102-ci hərbi bazasının İŞİD terror təşkilatı ilə mübarizəyə hazır olması barədə bəyanatını şərh edərkən bildirib.

"Hesab edirəm ki, nazir səfirə nisbətən daha məlumatlıdır. Rusiya bazası Ermənistanın təhlükəsizliyini təmin etmək üçün, həmçinin digər hədəflərə nail olmaq üçün burdadır", - deyə İvan Volınkin vurğulayıb. 

Səfir hərbi bazanın mümkün genişlənməsi barədə bildirib: "Yəqin ki, bazanın genişlənməsi hər hansı bir qarşılıqlı hərbi anlaşma əsasında ola bilər". 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az