Ermənistanın yeni düşməni

Ermənistanın yeni düşməni
Respublika əhalisi yeni savaşla üz-üzədir

Ermənilər ilanla mübarizə aparmağa məhkumdurlar. 

Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, ilanlar respublikaya hücum etməkdə davam edirlər.

Bu gün İrəvan həyətlərindən birindən gəlmiş həyəcan zənginə görə ora getmiş xilaskarlar hətta piton tutublar. Bu sürünən yırtıcının şəhərə necə düşdüyü aydın deyil. Axı bu ilanlar Afrika və Asiya ölkələrində yaşayırlar. FHN bildirir ki, sürünənlərin həyətlərə, anbarlara, evlərə girməsi barədə siqnallar durmadan gəlir.

İsti hava, işsizlik, indi də ilanların hücumu Ermənistanın bir çox şəhər və kəndlərinin həyatını cəhənnəmə çevirib. Hətta ölkə rəhbərliyi tərəfindən hər həftə təşkil edilən bayramlar belə camaatın əhvalını qaldıra bilmir.

Ermənilər daha çox bir tikə çörək barədə düşünürlər, həm də çalışırlar ki, ilanlar uşaqlar sancmasın. Daha öncə Ermənistanda belə şey yox idi. Deməli, müdriklər düz deyir ki, İrəvan öz siyasətində nələrisə düz etmir. Rəsmi İrəvanın bu səhvi üzündən bütün ermənilər Tanrı qəzəbinə tuş gəliblər. //İstipress.com
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az