Şabranda heyvanlar arasında bruselyoz xəstəliyi yayılıb.
Rayondan verilən xəbərdə bildirilir ki, keçən illə müqayisədə bu xəstəliyə yoluxma halları azalsa da, mal-qara arasında yayılan xəstəlik faktları bununla bağlı təcili tədbirlər görməyə əsas verir. Xəstə heyvanların ətinin istehlakçılara satılması faktları indiyədək az olmayıb. Bu mənada, bruselyozlu heyvanların ətinin bazarda satılması da istisna deyil.
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu xəstəliyə yoluxan mal-qaranı tanımaq elə də çətin deyil. Kənd təsərrüfatıyla məşğul olan insanlar sözügedən xəstəliyə yoluxmanın heyvanların büzüşməsi, ağzından su axması və dilinin üstündə yara olmasıyla xarakterizə olunduğunu bildirirlər. Eyyub Hüseynovun sözlərinə görə, xəstəliyin insanlara keçmə ehtimalı da böyükdür: "Təəssüf ki, heyvanın istehlakçılara təklif olunan ətinin bruselyoz olduğunu müəyyən etmək asan deyil. Bizim tədqiqatlarımız göstərir ki, Bakı bazarlarında olan laboratoriyaların heç biri bruselyoza qarşı ekspertiza aparmağa qadir deyil. Ona görə də insanlar, çiy ətə əl vuranda, ət yaxşı bişməyəndə onun istehlak edilməsilə bu xəstəliyə yoluxa bilərlər. Nəticədə uzun müddət çəkən, sağalmayan və 37 dərəcə temperaturla illər boyu müşayiət olunan bir xəstəlikdən əziyyət çəkmiş olarlar. Bu xəstəlik insanda immuniteti aşağı salmaqla arzuolunmayan nəticələrə gətirib çıxara bilər”.(azadlıq.info)
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”