Evdə Quran saxlamaq qadağan edildi - XƏBƏRDARLIQ

Evdə Quran saxlamaq qadağan edildi - XƏBƏRDARLIQ
Çin rəsmiləri müsəlmanlarıhədələdi

Çində "Qurani-Kərim" qadağan edildi. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, İslamafobiya ölkədə geniş vüsət almağa başlayıb.
Ölkənin cənub-şərqindəki Xinjiang vilayətindəki rəsmilər müsəlmanlardan evlərindəki müqəddəs kitabları və ibadətdə istifadə etdikləri əşyaları polisə vermələrini tələb edib. Bunu etməyənlər isə ağır şəkildə cəzalandırılacaqlar. 
Dünya Uygur Konqresinin sözcüsü Dilxat açıqlamasında bu barədə məlumat verib. Onun sözlərinə görə, rəsmilər hətta Quranın sürətlərini belə tələb edirlər. Rəsmilərin müraciəti hətta radio və sosial şəbəkələr vasitəsilə edilib. 
Çinli rəsmilər düşünürlər ki, "Qurani Kərim" dini təbliğat üçün vasitədir  və məhz bunun üçün də onun evdə saxlanması qanunsuzdur. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az