Fəzail Ağamalı vəfat etdi
Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib.
Fəzail Ağamalının qızı millət vəkili Günay Ağamalı faktı saytımıza təsdiq edib.
Allah rəhmət eləsin!
***
Fəzail Ağamalının ölüm səbəbi bilindi
Xəbər verdiyimiz kimi, Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı vəfat edib. Pravda.az Teleqraf-a istiandən bildirir ki, F.Ağamalı qızı Günay Ağamalı və nəvəsi ilə müalicə üçün Türkiyəyə gedibmiş. O, müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib. F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.
****
Qeyd edək ki, tarix elmləri doktoru, professor Fəzail Ağamalı Azərbaycan siyasətçisi, Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinin icraçısı (1993–1994), Azərbaycan Respublikasının Sosial Təminat nazirinin müavini (1992–1993) vəzifələrində çalışıb.