“Fikirlər televiziya vasitəsilə ictimaiyyətə çatdırıldı”

“Fikirlər televiziya vasitəsilə ictimaiyyətə çatdırıldı”

"Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının üzvləri ilə keçirdiyi görüşdə mətbuat, mətbuatımızın bu günü, qarşıda duran vəzifələr və gördüyümüz işlərlə bağlı çox səmərəli, dəyərli, zəngin müzakirələr aparıldı”. Vətəninfo.az xəbər verir ki, bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Mətbuat Şurası İdarə Heyətinin üzvü,"İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə deyib.

Baş redaktorun sözlərinə görə, bu gün Azərbaycan mediasının nümayəndələri cənab Prezidentdən yüksək qayğı görür: "Dövlət başçısına təşəkkürümü bildirirəm ki, digər sahələr kimi mətbuata da xüsusi önəm verir və diqqət yetirir. Görüşdə bir çox məsələlərə toxunuldu. Xüsusilə də orada möhtərəm Prezidentimizin çıxışında Azərbaycan mətbuatının milli-mənəvi dəyərlərinin qorunmasında, azərbaycançılıq ideologiyasının həyata keçirilməsində mətbuatın qarşısında duran vəzifələr və s. ilə bağlı fikirlərə yer ayrıldı. Həqiqətən də bu gün Azərbaycan mətbuatı uğurla inkişaf edir və özünün intibah dövrünü yaşayır. Bizim vəzifələrimizdən ən başlıcası elektron media orqanlarının bir çox xarici dillərdə fəaliyyətini genişləndirmək, eyni zamanda dünya ölkələrinin aparıcı media orqanları ilə əməkdaşlığının qurulmasına nail olmaqdır. Bu, bizim üçün ən vacib məsələlərdən biridir.

Görüşdə cənab Prezident həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxundu. Bununla belə, qəbulda mətbuatın reklam bazarı, eləcə də jurnalistləri düşündürən məsələlərə yer ayrıldı. Dövlət başçısı həmin anda buna öz münasibətini bildirdi və bu yöndə məsələlərin həll olunması istiqamətində aidiyyatı tapşırıqlar, göstərişlər verdi. Görüşdə səsləndirilən fikirlər televiziya vasitəsilə geniş şəkildə ictimaiyyətə də çatdırıldı”.

V.Rəhimzadə həmçinin Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyi münasibətilə jurnalistlərlə bağlı imzaladığı sərəncama da münasibət bildirib: "200-ə yaxın media orqanlarının aparıcı əməkdaşlarının dövlətin Ali mükafatları ilə təltif olunması, hesab edirəm ki, bu sahədə fəaliyyət göstərən insanlara cənab Prezidentin ən böyük diqqəti və qayğısıdır. Jurnalistlərə Prezident təqüdünün, "Tərəqqi” medalının, "Vətənə xidmətə görə” ordeninin verilməsi və s. sözün həqiqi mənasında çox böyük şərəfdir. Artıq bu, ənənə halını alıb”. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az