“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi beynəlxalq təşkilatının açıqladığı hesabatda prezident İlham Əliyev haqqında yer alan məqamlar bilavasitə erməni tərəfinin səyləri ilə baş tutub”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Fuad Muradov bəyanatında bildirib. Deputat təşkilatla bağlı apardığı araşadırma nəticəsində maraqlı faktlar aşkar etdiyini bildirib: “Bu qurumun İdarə Heyətinin tərkibinə Ermənistan Araşdırmaçı Jurnalistlər Təşkilatı daxildir. Həmin təşkilatın rəhbəri isə Edik Baqdasaryandır. E.Baqdasaryan isə Dağlıq Qarabağda, Xocalıda azərbaycanlılara qarşı amansız qətllər törədən beynəlxalq terrorçu Monte Melkonyanın yaxın dostu olub. Azərbaycan prezidenti İlham Əliyevin nufuzuna xələl gətirmək məqsədi daşıyan bu qərarın qəbulu da bilavasitə Baqsaryanın təşəbbüsü ilə baş tutub”.
Qeyd edək ki, Organized Crime and Corruption Reporting Project (Mütəşəkkil Cinayətkarlıq və Korrupsya Hesabatı Layihəsi - OCCRP) jurnalistlər şəbəkəsi 2012-ci ildə mütəşəkkil cinayətkarlıq və korrupsiyada ən çox maraq doğuran insanı müəyyənləşdirmək üçün jurnalistlər arasında sorğu keçirib və prezident İlham Əliyevi “ilin adam”ı təyin edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR