Gəncədə 22 yaşlı gənc bıçaqlanıb

Gəncədə 22 yaşlı gənc bıçaqlanıb
Gəncədə bıçaqlanma olub.

1994-cü il təvəllüdlü Asiman Məmmədov döş nahiyəsinin və qarının daxilə keçən çoxsaylı bıçaq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən A.Məmmədovun vəziyyəti ağır qiymətləndirilir. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az