Gəncədə "Jiquli" 6 piyadanı vurdu
Gəncədə piyadalın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Hadisə mayın 19-da saat 23 radələrində şəhərin Üzeyir Hacıbəyov küçəsində, "Nizami Sovxozu" adlanan ərazidə qeydə alınıb. Məlumata görə, "VAZ" markalı avtomobilin idarəetmədən çıxması nəticəsində 6 piyada vurulub.
Xəsarət alan piyadalardan 4-ü Abbas Səhhət adına xəstəxanaya, ikisi isə Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan biri uşaqdır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.(APA)
Miq.az