Generaldan Rusiyaya mesaj: “Hərbi planlarımız hazırlanır”

Generaldan Rusiyaya mesaj: “Hərbi planlarımız hazırlanır”

"Donbasda qarşıdurma kəskinləşsə, Ukrayna özünü təkbaşına müdafiə etməyə hazırdır, bunun öhdəsindən gələ bilərik”.

Miq.Az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin general-leytenantı Segey Nayev deyib.

"Həmişə hazırlaşırıq, müttəfiqlərin silahlı qüvvələrini bu prosesə cəlb etmədən bütün planlarımız hazırlanır”, - general qeyd edib.

Onun sözlərinə görə, Ukrayna müttəfiqlərinin maddi-texniki yardımına ümid bəsləyir.

Eyni zamanda, bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hərbi heyəti və müdafiə sektorunun digər hissələri ölkəni təkbaşına qorumaq üçün kifayət qədərdir.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi Rusiyanı Ukrayna ilə sərhəddəki hərbi fəallığına görə şəffaf olmağa çağırıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az