Goranboyda maşın aşdı-Polis yaralandı
Goranboy rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
APA bildirir ki, hadisə Goranboy-Ağcakənd avtomobil yolunda qeydə alınıb. "Opel Astra” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü, Goranboy rayon sakini, 1978-ci il təvəllüdlü Şirin Quliyev və sərnişin, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Əhəd Qəhrəmanov müxtəlif bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Onların vəziyyətlərinin ağır olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Miq.az