Goranboyda polis qəzaya düşdü: yaralılar var

Goranboyda polis qəzaya düşdü: yaralılar var

Goranboy rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Hadisə Goranboy-Ağcakənd avtomobil yolunda qeydə alınıb. 

"Opel Astra” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü, Goranboy rayon sakini, 1978-ci il təvəllüdlü Şirin Quliyev və sərnişin, Xocalı rayon Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Əhəd Qəhrəmanov müxtəlif bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.(APA)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az