Avqustun 20-də xalq artisti, dövlət və beynəlxalq mükafatlar laureatı, maestro Niyazinin anadan olmasının 103 illiyi tamam olur.
Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu münasibətlə avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə sənətkarın mənzil muzeyində tədbir təşkil olunacaq. Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Ülviyə Hacıbəyovanın və gənc vokalist Aydan Quliyevanın repertuarında sənətkarın klassik əsərlərindən ibarət musiqi nömrələri səsləndiriləcək. Həmçinin sənətkar haqda çəkilmiş "Rast. Niyazi" sənədli televiziya filmi nümayiş olunacaq.
Qeyd edək ki, dövlət sifarişi ilə "Debüt" studiyasında çəkilmiş filmin rejissoru Nonna Müzəffərova, ssenari müəllifi İntiqam Qasımzadə, operatoru Yuri Varnovski, icraçı prodüseri Əlibala Rəhimov, bədii rəhbəri isə Eldar Quliyevdir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL