Vətəninfo.az xəbər verir ki, xalq və bəstəkar mahnılarının mahir ifaçısı, tanınmış müğənni Gülay Zeynallı ilk dəfə özünü pop janrında sınayıb. "Mən səninləyəm" adlı mahnını sevənlərinə təqdim edən Gülay, uğurlu layihəsi haqqında oxucularımızı belə məlumatlandırdı:

"Sənətə gəldiyim gündən hər zaman çalışmışam ki, öz dəsti-xəttimlə addımlayım. Allahıma çox şükür edirəm ki, fəaliyyətim boyu yetərincə uğurlar qazanıb, yeni nəsil ifaçılar arasında seçilməyə müvəffəq olmuşam. Gülay olaraq repertuarımda yer alan mahnılar bu gün tamaşaçı rəğbətinə səbəb olursa, deməli az iş görməmişəm. Bəli, ilk dəfə özümü sırf pop-janrında sınamağa qərar verdim. Söz və musiqisi Nazim Məmmədova məxsus olan "Mən səninləyəm" bəstəsi üzərində peşəkar bir komanda çalışıb. "Baku Strings" kaman qrupunun üzvlərinin fərqli çalğısını, peşəkar gitara ifaçısı Altan Turan öz improvizələri ilə tamamlayıb. Mahnının aranjemanını və Mix masteringini istedadlı musiqiçi Fərid İman edib. "FDS production"un məhsulu olan"Mən səninləyəm" cəmi iki gün Youtube kanalına yerləşdirilsə də yetərincə dinləyici marağına səbəb olub. Əminəm ki, oxucularınızda xoş təəssürat yaradacaq".
Gülay açıqlamasının sonunda onu da vurğuladı ki, çox yaxın vaxtlarda bu mahnıya fərqli klip də çəkdirəcək.
Oxucularımız üçün sözügedən mahnını yayımlayırıq.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR