Gümrüdə erməni ailəsini qıran rus hərbçi Rusiyaya aparılır?

Gümrüdə erməni ailəsini qıran rus hərbçi Rusiyaya aparılır?
Ermənistanın Gümrü şəhərində erməni ailənin 7 üzvünü qətlə yetirən, ömürlük həbs cəzasına məhkum olunmuş rusiyalı hərbi qulluqçu Valeri Permyakovun cəzasını Rusiyada çəkə biləcəyi barədə xəbərlər qalmaqala səbəb olub.

Miq.az  istipress-ə istinadən xəbər verir ki, Avetisyan ailəsinin vəkilləri bu qərardan narazı qalıblar. Vəkil Erem Sarkisyanın sözlərinə görə, onlar buna imkan vermək niyyətində deyillər. 

Qalmaqallı qətl hadisəsi iki il öncə  -  2015-ci il yanvarın 12-də Ermənistanın Gümrü şəhərində baş verib. Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov erməni ailəsinin 7 üzvünü, o cümlədən körpə uşağı amansızcasına qətlə yetirib.

Ömürlük həbs cəzası alan rus hərbçinin cəzasını Rusiyada çəkəcəyi barədə məlumat bir sıra KİV-də yayılıb. Ermənistanın ədliyyə nazirinin müavini Viqen Koçaryan onun cəzasının təşkili ilə bağlı məsələ hələ müzakirə edilir. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az